Bu şəxslərə ciddi xəbərdarlıq edildi - cəzalandırılacaqlar

Gündəm 12 Fevral 2022 | 20:14
OXUNUB: 672

Dövlət Əmək Müfəttişliyi Xidməti son bir ildə 600-dən çox işəgötürən tərəfindən işçilərin icbari sığortası ilə bağlı  müqavilələr bağlanmasını təmin edib

Avtosfer.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmət işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta olunmalarına elektron sistem üzərindən nəzarəti davam etdirir. İcbari sığorta müqaviləsi olmayan işçilər üzrə işəgötürənlər müəyyən olunaraq onlara bu müqavilələri bağlamaları üçün “Əmək müqaviləsi bildirişi” altsistemində xəbərdarlıq məlumatları yerləşdirilib.  Həmçinin bu sahədə inzibati xəta halları aşkar olunan işəgötürənlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Görülən işlərin nəticəsi kimi son bir ildə 632 işəgötürən tərəfindən işçilərinin icbari sığorta olunmaları üçün müqavilələr bağlaması təmin edilib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man