Təxminən 6 ay öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları Bayıl dairəsi kimi tanınan ərazidə asfaltı qaşıtdıraraq yeni asfalt döşəməsini nəzərdə tutmuşdu. Lakin asfaltın qaşınması həyata keçirilsə də yenisi ilə əvəzlənməsi yaddan çıxdı. Təxminən iki ay əvvəl əraziyə yenidən asfalt döşənib, lakin piyada keçidi təmin olunmayıb. Odur ki, 6 aya yaxındır ki, ərazidə yaşayan piyadalar təhlükə ilə üz-üzə qalırdı. Piyada nişanı olsa da, avtomobillərin yaxınlıqda park edilməsi onu görünməz hala gətirib çıxardırdı. Üstəlik asfalt üzərində zebranın olmaması da təhlükəli idi.
Dünən Səbail rayon Dövlət Yol Polisi şöbəsinin rəhbərliyi AAYDA əməkdaşlarını əraziyə dəvət edib. Piyada keçidi yenidən çəkilərək təhlükəli vəziyyət aradan qaldırılıb.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man