Polis təhlükəsizlik kəməri ilə bağlı sürücülərə müraciət edib - VİDEO

İctimai nəqliyyat 11 Fevral 2022 | 23:18
OXUNUB: 1075

Sürücülər bəzi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməmələrindən və bunun üçün müxtəlif bəhanələr uydurmalarından şikayətçidirlər. Onlar deyirlər ki, hətta bir çox sərnişinlər kəmərlə bağlı sürücünün xəbərdarlıqlarına məhəl qoymurlar.

Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi də təhlükəsizlik kəməri ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə sürücülərə hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini taxmaları və bütün sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etmələrinə çağırış olunub. Ancaq görünən odur ki, bəzi sürücülər bu çağırışa riayət etmirlər. Nəqliyyat eksperti İlahə Əhmədova hesab edir ki, nəqliyyat vasitəsi təhlükəsizlik kəməri ilə təchiz olunubsa, bütün sürücü və sərnişinlər ondan istifadə etməyə məcburdurlar. Qeyd edək ki, sərnişinin təhlükəsizilik kəmərindən istifadə etməməsinə görə sürücüyə cərimə nəzərdə tutulmayıb, bunun üçün yalnız sərnişin özü 30 manat məbləğində cərimə olunur. Sürücünün özünün bu qaydanı pozmasının cəriməsi isə 40 manatdır. Yalnız operativ nəqliyyat vasitəsinin sürücü və ya sərnişinlərinə, arxa oturacaqda əyləşən yaşı 12-dən az uşaqlar, təlim zamanı sağda əyləşən təlimçi, geriyə hərəkət manevri edən şəxslər və hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər.

Sözügedən videogörüntünü təqdim edirik:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man