İki azərbaycanlı hakim ali beynəlxalq kateqoriyaya yüksəlib

Gündəm 11 Fevral 2022 | 21:30
OXUNUB: 1014

Azərbaycanın güləş üzrə daha 2 hakimi ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına sahib çıxıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib. UWW ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam Alıyevlə Sədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib. Bununla da ən yüksək dərəcəyə sahib Azərbaycan referilərinin sayı 3-ə çatıb. Tokio-2020 Yay Olimpiya Oyunlarında ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir. Qeyd edək ki, olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə malik olan hakimlər idarə edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man