Cəfər Cabbarlı küçəsində olan apteklərdə 80 qəpiyə olan “Solodki Sirop” və 10 qəpik dəyərində olan “kəpənək” şprisin olmadığını bildirildi. Bu apteklərdən də uşaqlar üçün “Vazafiks” şprisi məsləhət görüldü. Onun qiyməti isə 5 dəfə baha, amma özü yararsızdır.
Məsələ ilə bağlı iqtisadçı Kamran Məmmədli bildirdi ki, molekullar üzrə qiymətlərin təyin edilməsi daha ucuz və keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsinə səbəb olub: “Nəticə etibarilə bir ara ölkədə keyfiyyətli dərmanların qıtlığı yarandı. Türkiyəyə, Gürcüstana, eləcə də digər ölkələrə gedənlərə dərman sifarişi verilirdi. İndi o vəziyyət bir qədər düzəlib. Amma qiymətlər kifayət qədər yüksəlib. 13 min adda dərman qiymətləri tənzimlənib. Ölkədə dərmanlarla bağlı keyfiyyət problemi var və qiymət bahadır. Səbəb düzgün tənzimlənmə siyasətinin aparılmamasıdır. Son 3-4 ildə kiçik şirkətlər müflisləşib bazardan çıxdılar. Nəticədə bir neçə iri şirkətin bazarda diqtəsi yarandı ki, onlar da qiyməti istədikləri kimi tənzimləyə bilirlər”.
Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, bu gün virus, immun sisteminin zəifləməsi və bununla əlaqədar müxtəlif xəstəliklərin çoxalması ilə dünyada, o cümlədən ölkəmizdə xəstəliklərin aktuallaşmaşı nəticəsində dərman sənayesi qazanıb. Dərman bazarında isə istədikləri qiyməti diqtə edirlər. Digər tərəfdən, ölkəmizdə müharibədən əvvəl hökumətin dərman zavodunun açılması ilə bağlı qərarı var idi. Bu gün dünyada dərman sənayesi silah satışından sonra ikinci yerdə gəlir: “Dərman idxalında monopoliya olmamalıdır. Çünki o dərmanları almağa pul lazımdır. İmmun sistemi də zəifdir, ərzağın da çoxu xaricdən idxal edilir və əksəriyyət də keyfiyyətsizdir. Nəticədə insanlar həkimlərə müraciət edirlər. Əhalinin vəziyyətini nəzərə almaq lazımdır”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man