Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sabirabad rayonununda, Surra-Padar avtomobil yolundakı avtomobil körpüsündə təmir-bərpa işlərinə başlayıb.
Bu barədə Avtosfer.az-a Agentlikdən bildirilib.
Məlumata görə, rayonun Surra kəndinin ərazisində - Kür çayı üzərində yerləşən və uzunluğu 267 metr olan körpünün hərəkət hissəsində beton plitələrdə uzun müddət istismar nəticəsində çatlar və dağılmalar əmələ gəldiyindən avtonəqliyyat vasitələrinin hərəkətinə maneə və təhlükə yaradırdı. Bu səbəbdən əraziyə işçi briqadası cəlb edilərək problemin aradan qaldırılmasına başlanılıb. Hava şəraiti əlverişli olsa, yaxın 15-20 gün ərzində işlər tamamlanaraq, körpü sürücülərin ixtiyarına veriləcək.
Təmir-bərpa işlərinin davam edəcəyi müddət ərzində isə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədi ilə müvəqqəti alternativ keçid yol salınıb. Bundan başqa körpüdən istifadə edərək Sabirabad rayonunun kəndlərinə getmək istəyən və yaxud kəndlərdən rayon mərkəzinə gəlmək istəyən vətəndaşlar təmir müddəti ərzində rayonun Cavad kəndi ərazisindən, Bakı-Qazax magistralı boyunca yerləşən rayonlara getmək üçün isə Saatlı-İmişli-Kürdəmir avtomobil yolundan alternativ olaraq istifadə edə bilərlər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man