Qaz sayğacını satmaq istəyən şəxs saxlanıldı - FOTOLAR

19 Yanvar 2022 | 15:55
OXUNUB: 1122
"Tap.az-da hər şeyə rast gəlmişdik, bircə qaz sayğacından savayı. Əfsuslar olsun ki, bunu da gördük. Belə ki, yanvarın 18-də sözügedən saytda "Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb”.

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” istehsalat Birliyinindən məlumat verilib.

Bildirilir ki, məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib.

Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım "alverçi” sorğu-sual edilir.

"İnanırıq ki, məsələ öz hüquqi həllini tapacaq. "Azəriqaz” İB olaraq vətəndaşlardan xahiş edirik ki, bu kimi hallardan çəkinsinlər. Çünki gec-tez üstü açılan bu tip əməllərin mütləq şəkildə cəzası olur”, - deyə qurumun məlumatında deyilir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man