Mədət Quliyevin işdən çıxardığı şəxsə yeni vəzifə verildi - FOTO

19 Yanvar 2022 | 15:06
OXUNUB: 839
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun İdarə Heyətinin iclası olub.

Federasiyadan  verilən məlumata görə, AMAF-ın baş katibi postuna namizədliyi irəli sürülən Fərhad Əliyev iclas iştirakçılarına təqdim edilib.

İdarə Heyəti üzvləri yekdilliklə F.Əliyevin federasiyaya baş katib seçilməsinə səs veriblər.

Qeyd edək ki, Fərhad Əliyev 2012-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, Mədət Quliyevin həmin federasiyaya prezident seçilməsindən sonra oradan ayrılıb.

Xatırladaq ki, "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dekabrın 22-də Milli Avarçəkmə Federasiyasının prezidenti seçilib. 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man