Abşeronda ana və qızını avtomobil vurub

Yol qəzaları 11 Fevral 2022 | 11:09
OXUNUB: 824

Abşeron rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində baş verib.

Belə ki, dairəvi təşkil olunan yolda 1983-cü il təvəllüdlü Allahverdiyeva Ellada İbrahim qızı və onun övladı 2012-ci il təvəllüdlü Babayeva Zəhra Nazim qızı yolu keçərkən onları minik avtomobili vurub.

E.Allahverdiyeva qapalı kəllə beyin travması və aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Azyaşlı Z.Babayeva da sağ bud sümüyünün sınığı ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man