"Şirkətlər taksi sürücülərini istismar edir" - Nəqliyyat eksperti

Gündəm 10 Fevral 2022 | 20:31
OXUNUB: 1059

“Taksilərlə bağlı narahatlıqları aradan qaldırmaq üçün bir şey etmək mümkün deyil. Çünki taksi sürücüləri arasında sorğu keçirsək, görərik ki, hamısı ehtiyaclı adamlardır. İş tapa bilmədikləri üçün “taksovatlıq” edirlər. Onlar arasında kifayət qədər keçmiş məhkumlar var. Müəyyən müddət həbsxana həyatı yaşayanlar üçün azadlığa çıxdıqdan sonra iş tapmaq çətindir. Ona görə də, maşın alıb taksi fəaliyyəti ilə məşğul olurlar".

Avtosfer.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, taksilərlə bağlı nöqsanları zamanla həll etmək olar, sadəcə, bəzi məsələlər aydınlaşdırılmalıdır: "Biz əslində kimə taksi sürücüsü deyirik? Bunu müəyyənləşdirməliyik. Eyni zamanda onlar üçün şərait yaratmalıyıq. Bu gün Bakı şəhərində və digər ərazilərdə taksi dayanacaqları çox məhduddur. Amma bu insanlar hər gün vergi, kredit, işlədikləri şirkətə faiz ödəyirlər.  Taksi sürücüsü gün ərzində avtomobilə yanacaq almalıdır, təmir işlərini görməlidir, fərqlənmə nişanını almalıdır, yemək yeməlidir, evinə çörək aparmalıdır... Və bütün bunlarla belə  bu şəxslərə şərait yaradılmır. Deyirlər, get harada durursan dur, sənə cərimə yazacağıq. Bu nə dərəcədə ədalətli yanaşmadır?!"

Ekspert bildirib ki, sürücülər cərimə ilə yanaşı taksi şirkətlərinin istismarına məruz qalır: "Buna görə də, sürücüləri taksi şirkətlərinin əlindən almaq, onları normal işlə təmin etmək lazımdır. Onlarla əmək müqaviləsi bağlanılsın ki, onlar normal iş rejimində çalışa bilsinlər. Yol polisi ilə ünsiyyətdə oluram, deyirlər, son günlər “Toyota Prius” avtomobillərinin iştirakı ilə baş verən qəzaların sayı artıb. Niyə artıb? Çünki adamlar iş rejimi, istirahət bilmədən dayanmadan işləyirlər. Zəngə cavab verirlər, sifariş qəbul edirlər, fikirləri dağınıq olur, yorğun olurlar. Bəzən görürəm ki, sükan arxasında çörək yeyirlər, çay içirlər. Çalışırlar ki, dayanmasınlar. Çünki hansısa iş adamı və ya fərdi şəxs bir neçə maşın alır hansısa taksi xidmətinə qoşulur. Gün ərzində telefonda sürücülərə nəzarət edir ki, xəttdən çıxmasınlar. Çünki maaş verir. Sürücülər də çarəsiz dayanmadan işləyirlər. Sürücülər sözümdən İnciməsinlər, amma onları qul kimi işlədirlər. Buna başqa ad tapa bilmirəm.  Bu məsələni tənzimləmək lazımdır. Bakı Nəqliyyat Agentliyinin bununla bağlı yaxşı bir sənədi var idi. O konsepsiya niyə görəsə gündəmdən düşdü. Düşünürəm ki, bunu yenidən gündəmə gətirmək və daha da təkmilləşdirmək olar. Həm şirkətlər ziyan çəkməsin, həm də sürücülərin canı istismardan qurtarsın”. 
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man