Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində havaya qara tüstünün atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov Avtosfer.az- a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda fəaliyyət göstərən “Bazarstore” marketə məxsus generatorda səhər saatlarında baş verən nasazlıq səbəbindən atmosferə qara tüstünün atıldığı müəyyən edilib:
"Faktla bağlı akt tərtib olunub. Generatorda baş verən nasazlığın tez bir zamanda aradan qaldırılması və belə hallara yol verilməməsi üçün marketin rəhbərliyinə məcburi göstəriş verilib".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man