Zaqatalada nömrəsiz maşın sürən şəxs cərimələndi - FOTO

İctimai nəqliyyat 10 Fevral 2022 | 16:18
OXUNUB: 1047

Zaqatalada avtomobili nömrəsiz idarə edən sürücü məsuliyyətə cəlb olunub.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətdə olan və üzərində dövlət nömrə nişanı olmayan avtomobili idarə edən sürücüyə “saxla” əmri veriblər. Yoxlama zamanı N.Əliyevin atasına məxsus avtomobili sürücülük hüququ olmadan idarə etdiyi də məlum olub.

Onunla profilaktik söhbət aparılıb və nəqliyyat vasitələrini dövlət nömrə nişanı olmadan idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi bildirilib.

Sürücü N.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 332.2-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 342.7-ci (Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə) maddələri ilə protokol tərtib olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man