Azərbaycanda ötən ilin nəticələrinə görə, fərdi sahibkarlara məxsus avtomobillərin sayı 43 130 vahid təşkil edib.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövrümdə fərdi sahibkarlara məxsus avtomobillərinin 39 013 bahidi taksi minik avtomobillərinin payına, 4 117 vahidi isə avtobusların payına düşüb.
Məlumata görə, Bakı üzrə fərdi sahibkarlara məxsus avtomobillərin sayı 23 214 ədəd təşkil edib (bunlardan 21 923 vahidi taksi minik avtomobilləri, 1 291 vahidi isə avtobus).
Qeyd edək ki, 2021-ci ildə fərdi sahibkarlar tərəfindən avtomobil nəqliyyatı ilə 537 078,3 min sərnişin daşınıb, bir sərnişinə düşən məsafə isə 16,6 km təşkil edib. Bakı üzrə bu göstəricilər müvafiq olaraq 258 934,1 min nəfər və 14,8 km səviyyəsində olub.
Fərdi sahibkarlara məxsus avtomobillərin istifadə etdiyi yanacaq növlərinə görə bölgüsü, ədəd:
Ərazi |
Avtomobillərin sayı, cəmi |
o cümlədən yanacağın növünə görə: |
|||
benzin |
dizel |
maye qaz |
sıxılmış maye qaz |
||
Ölkə üzrə |
43 130 |
28 923 |
13 451 |
745 |
11 |
Bakı şəhəri |
23 214 |
16 396 |
6 334 |
473 |
11 |
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man