Yük maşını ilə qəzada ölənlərdən biri 8 yaşlı uşaqdır - FOTO

Gündəm 10 Fevral 2022 | 15:23
OXUNUB: 484

Şabran rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib. 

Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisində qeydə alınıb. Qəza zamanı "TIR" markalı yük maşını üç minik avtomobili ilə toqquşub və daha sonra yoldan çıxaraq aşıb. 

Hadisə nəticəsində 62 yaşlı Babayev Əli Hacıbala oğlu və 8 yaşlı Quliyeva Həqiqət Kamil qızı ölüb. Qəzada xəsarət alan Xaçmaz rayon sakinləri Nuriyev Tural Əjdər oğlu, Babayeva Səlminaz Xudat qızı və Şabran rayon sakini Quliyev Akif Abdulmənna oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisə yük avtomobilinin sükanında yaranan texniki nasazlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man