Azərbaycanda qəzalarda ölənlərin 79 faizi kişilərdir

Yol qəzaları 10 Fevral 2022 | 13:29
OXUNUB: 579

2021-ci ildə 1649 və ya 2020-ci illə müqayisədə 3,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,5 faiz artaraq, 2158 nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, onlardan 706-sı həlak olub, 1452-si isə yaralanıb. Hadisələrin 42,1 faizi gündüz, 37,4 faizi gecə, 20,5 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 5,1 faiz artaraq 553 nəfər, yaralananların sayı 3,7 faiz artaraq 1364 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib, nəticədə 8 nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man