Hər iki ayağını itirən qazimiz maşın sürməyə başladı - VİDEO

Nəqliyyat TV 09 Fevral 2022 | 23:45
OXUNUB: 1128

Vətən müharibəsində yaralanaraq hər iki qıçını itirən qazi Camal Alxasov avtomobil idarə etməyə başlayıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, onun avtomobili idarə edərkən lentə alınmış görüntüləri hər kəsin marağına səbəb olub. Qazimizin avtomobili sükan arxasında rahat və təhlükəsiz idarə edə bilməsi üçün nəqliyyat vasitəsinin bəzi konstruksiyalarında dəyişiklik edilib. Belə ki, avtomobilin qaz və əyləc funksiyaları sürət qutusunun yaxınlığında yerləşdirilib. Bununla da ayaqları olmayan sürücünün qeyd olunan funksiyaları əl ilə idarə edə bilməsi üçün texniki imkanlar yaradılıb. Qeyd edək ki, qazimiz C.Alxasov Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man