Avtomobil qəzalarının sayı artıb - 706 nəfər ölüb

Yol qəzaları 09 Fevral 2022 | 15:18
OXUNUB: 567

2021-ci ildə 1649 və ya 2020-ci illə müqayisədə 3,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,5 faiz artaraq 2158 nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Avtosfer.az-a verilən məlumatda bildirilib.

Onlardan 706-sı həlak olub, 1452-si isə yaralanıb. Hadisələrin 42,1 faizi gündüz, 37,4 faizi gecə, 20,5 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Rəsmi məlumata görə, yol-nəqliyyat hadisələrinin 89,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 5,1 faiz artaraq 553 nəfər, yaralananların sayı 3,7 faiz artaraq 1364 nəfər olub.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

 

Göstəricinin adı 2021-ci il 2020-ci ilə nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 1649 103,9
Məkanına görə:    
           magistral avtomobil yollarında 182 99,5
           yaşayış məntəqələrində 1467 104,5
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 694 102,7
           toran vaxtı 338 95,2
           gecə vaxtı 617 111,0
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 1547 103,8
          digər (yaş, buz və s.) 102 106,3
Zərərçəkənlərin sayı, nəfər 2158 102,5
           həlak olanlar 706 101,4
           yaralananlar 1452 103,0

 

Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib, nəticədə 8 nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man