Yol polisindən XƏBƏRDARLIQ: "Son qoysunlar, əks halda..." - VİDEO

İctimai nəqliyyat 09 Fevral 2022 | 14:14
OXUNUB: 3390

"Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın inzibati ərazisində təyin olunmamış yerlərdə park edən sürücülər, o cümlədən qanunsuz parkinq xidməti göstərən şəxslərə qarşı nəzarət proflaktiki tədbirləri davam etdirir." Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli deyib. O, bildirib ki, istər sürücülər, istərsə də qanunsuz pakinq xidməti göstərən şəxslərlə aparılan proflaktiki söhbətlər öz müsbət nəticəsini verir. "Lakin bəzi ərazislərdə gizlin parkinq xidməti yenə təşkil olunur. Eyni zamanda sürücülər də dayanma-durma qaydalarına riayət etmirlər. Bir daha həm sürücülərə, həm də "parkovşik" kimi tanınan şəxslərə müraciət edərək bildiririk ki, etdikləri əməl qanunaziddir və inzibati məsuliyyəti var."

Rüstəm Əhmədli onu da əlavə edib ki, DYP tərəfindən mütamadi olaraq reydlər davam etdiriləcək. "Artıq bir müddətdir ki, proflaktiki söhbətlər aparılır, vətəndaşlara qanunun tələbləri izah olunur. Bu barədə dəfələrlə kütləvi informasiya vasitələrində müraciətlər də olub. Bir daha xəbərdarlıq edərək bildiririk ki, istər sürücülər, istərsə də qanunsuz parkinq təşkil edənlər bu əməllərindən əl çəksinlər. Əks təqdirdə yol polisi qanunun tələblərinə uyğun olaraq bu şəxsləri inzibati məsuliyyətə cəlb edəcək".

Qeyd edək ki, son vaxtlar yol polisinin həyata keçirdiyi profilaktiki tədbirlər müsbət nəticələr verməkdədir. Artıq hərəkətin təşklində dəyişikliklər müşahidə edilir ki, bu da sıxlığın və tıxacın azalmasına gətirib çıxarır. DYP tərəfindən həyata keçirilən tədbirlər cərimələnmə prinsipindən daha çox maarifləndirməyə yönəlib. Bu da müsbət nəticələr verməkdədir.

 

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man