İşlənmiş akkumulyatorları təhlükəsiz utilizasiya üçün qayda QÜVVƏYƏ MİNDİ

Nəqliyyat xəbərləri 08 Fevral 2022 | 22:42
OXUNUB: 2414

Martın 1-dən etibarən Rusiyada bütün hüquqi şəxslər işlənmiş akkumulyatorları təhlükəsiz utilizasiya üçün Federal ekoloji operatora təhvil verməli olacaqlar. Avtosfer.az bildirir ki, TASS agentliyinin xəbərinə görə, artıq tariflər də müəyyən edilib. Hökumətin qərarında göstərilir ki, hüquqi şəxslər öz fəaliyyətləri zamanı yaranan turşulu akkumulyator tullantılarını II kateqoriya təhlükəsinə aid edilən tullantı kimi təhvil verməlidirlər. Yeni qayda bu tullantıları özləri emal edə bilən şəxslərə  şamil edilmir. 
Əhaliyə gəldikdə isə, akkumulyator qəbulu məntəqələri fəaliyyətlərini köhnə qaydada davam etdirəcək. fiziki şəxslər bu tullantıları məntəqələrə məhdudiyyətsiz təhvil verə biləcəklər.
Qeyd edək ki, Rusiyada son illərdə işlənmiş akkumulyatorların toplanmasından qəbul məntəqələri kifayət qədər böyük vəsait əldə edib. Bəzi adamlar kəndləri gəzərək bu avadanlığı ucuz qiymətə toplayaraq rayon mərkəzində sataraq qazanc əldə edirlər. Beləliklə, həm bir qrup adam gəlir əldə edir, həm də ekoloji çirklənmə azalır.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man