Bakının Bəsti Bağırova küçəsi asfaltlanır - FOTO

Yeniliklər 08 Fevral 2022 | 12:09
OXUNUB: 763

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Yasamal rayonu Bəsti Bağırova küçəsi əsaslı şəkildə yenidən qurulur. Küçənin uzunluğu 450 metr təşkil edir.

AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız səki daşları sökülərək 1100 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz olunub. Hazırda 8390 kv.m sahədə yeni piyada səkiləri yaradılır, 6530 kv.m sahədə hərəkət hissədə asfaltlanma işləri icar olunur.

Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə yağış-kanalizasiya sisteminin bərpa olunaraq işlək vəziyyətə salınıb, küçə boyu yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq 78 ədəd yeni baxış qapaqlarının qoyulması isə nəzərdə tutulub.

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işləri mərhələli şəkildə 462 metr uzunluğa malik Məhəmməd Naxçıvani küçəsində, həmçinin Giləzi (110m), Murtuza Muxtarov (329m), Cabbar Qaryağdıoğlu (188m), Mirzə Fətəli Axundov (119) və Mustafa Sübhi (119m) küçələrində də aparılacaq.”

Xatırladaq ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnvestisiya Proqramları çərçivəsində 2019-2021-ci illər ərzində Yasamal rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.

 

Bakının Bəsti Bağırova küçəsi asfaltlanır - FOTO Bakının Bəsti Bağırova küçəsi asfaltlanır - FOTO Bakının Bəsti Bağırova küçəsi asfaltlanır - FOTO

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man