Məşhur alman pilot Mixael Şumaxerin avtomobili nəzərdə tutulandan 3 dəfə aşağı qiymətə satılıb. “Mercedes C 63 AMG Break” model avtomobilin 100 min avroya satılacağı güman edilsə də, avtomobilə cəmi 27 600 avro ödənilib.
Məşhur pilot avtomobili 2010-cu ildə əldə edib. O, avtomobili bir neçə il sürdükdən sonra isveçrəliyə satıb. O da öz növbəsində 2015-ci ildə avtomobili başqa birinə satıb. Avtomobil daha sonra 2 dəfə əl dəyişdirib.
Nəhayət avtomobil bu günlərdə Bonhams hərrac evi tərəfindən satılıb. Fotolardan göründüyü kimi 150 000 km qət etmiş avtomobil yaxşı vəziyyətdədir. 6.2 litrlik V8 450 at gücü benzin mühərrikə malik avtomobil 100 km/saata 5 saniyədən az vaxtda çatır.
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man