Çəmini ki tapdın, vur qapazı başından, al çörəyi əlindən deyə bir məsəl var. Lakin bu dəfə çəmini tapan taksi sürücüsü qapaz belə vurmadan, pəhləvanın pulunu əlindən alıb. Mümkünsüz kimi görünsə də, sürücü, taksidə əyləşən sərnişinin pulunu cibindən çıxara bilib. Özü də düz 4000 manat. Pulunu geri ala bilməyən pəhləvan isə, polisə müraciət etsə də, nəticəsi olmayıb.
Pəhləvanlıqla məşğul olan Emin Süleymanovun başına iş gəlib. Belə ki, pəhləvan olmasına baxmayaraq, sıradan oğurluğun qurbanına çevrilib. Özü də, taksi sürücüsü tərəfindən. Sirkdə pəhləvanlıq nömrələri göstərən Emin Süleymanov iddia edir ki, Bakıda fəaliyyət göstərən banklardan birindən kreditə 4500 manat götürüb. Üzərində olan bu məbləğdən 500 manatını xərclədikdən sonra evə getmək üçün taksi xidmətindən istifadə edib. Elə olanlar da, bundan sonra baş verib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən Xəzər Xəbərə bildirildi ki, hazırda Abşeron rayon polis idarəsinin istintaq şöbəsində iş üzrə istintaq tədbirləri davam etdirilir. Cinayət işi başlanılıb və cinayətdə şübhəli bilinən şəxsin axtarışı davam etdirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man