Cəlilabadda 3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb

Yol qəzaları 07 Fevral 2022 | 11:39
OXUNUB: 410

Cəlilabadda 3 nəfərin ölməsi, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Avtosfer.az-ın xəbərinə görə, fevralın 5-də 1997-ci il təvəllüdlü Kamran Vəlizadənin idarə etdiyi "BMW" markalı avtomobillə 1997-ci il təvəllüdlü Qorxmaz İsmayılzadənin idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub, bundan sonra “BMW” 1987-ci il təvəllüdlü Sərvət Atakişiyevin idarə etdiyi "Mercedes Atego" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə "VAZ 2107"-nin sürücü Qorxmaz İsmayılzadə, sərnişinləri- 2005-ci il təvəllüdlülər Tural Adıgözəlov və Mürsəl Quliyev hadisə yerində ölüb. Daha 4 nəfər qəza nəticəsində ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man