Brilliant Dadaşovadan şiddətə məruz qalan azyaşlı ilə bağlı PAYLAŞIM

14 Yanvar 2022 | 16:57
OXUNUB: 1266
"Madam ki, valideynləri şikayətçi olmurlar, valideynin özünə məhkəmə qərarı ilə hökm çıxarılmalıdır”.
 
Sfera.az bildirir ki, bunu Xalq artisti Brilliant Dadaşova bağçada azyaşlıya şiddət tətbiq edən tərbiyəçi ilə bağlı danışarkən deyib. İfaçı tərbiyəçidən şikayətçi olmayan valideynləri qınayıb.

"Zülfiyyə Baxışova adlı "canavar" tərbiyəsiz "tərbiyəçi" mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır ki, başqalarına dərs olsun" , - deyə müğənni əlavə edib.
 
Xatırladaq ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.

Türkan 
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man