Küləyə görə Qaxın beş kəndinin elektrik təchizatı kəsilib

Gündəm 05 Fevral 2022 | 23:03
OXUNUB: 1138

Güclü külək Qax rayonun beş kəndini işıqsız qoyub.

APA-nın məlumatına görə, günorta saatlarından rayonun bəzi ərazilərində güclü küləklə müşahidə edilən hava şəraiti hökm sürür.

Güclü külək nəticəsində rayonun Alatəmir kənd ərazisində iri gövdəli qoz ağacı elektrik xəttinin üzərinə aşıb. Nəticəsində elektrik xətləri qırılıb. Bu səbəbdən rayonun Alatəmir, Turaclı, Marsan, Fıstıqlı və Cüdüllü kəndlərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Yaxın saatlarda elektrik enerjisinin verilməsi bərpa olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man