Məktəblər yenidən bağlanacaq? - Təhsil Nazirliyinin rəsmisi açıqladı

Gündəm 05 Fevral 2022 | 01:40
OXUNUB: 1888

Mart ayından bağçalar Təhsil Nazirliyinin balansına keçəcək. Artıq işlər yekunlaşmaq üzrədir. Bağçalara qəbul da onlayn qaydada aparılacaq. Təhsil Nazirliyinin şöbə müdiri məktəblərin bağlanması və son günlər yayılan görüntülərlə bağlı da açıqlama verib.

"Bağçaların təhvil-təslim prosesinin mart ayında yekunlaşdırılması nəzərdə tutulub". Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Elnur Əliyevin sözlərinə görə, gələn aya Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı bütün işlər yekunlaşacaq.Bununla da  bundan sonra bağçaların idarə edilməsi işini həmin idarələr həyata keçirəcək.

Təhsil Nazirliyi koronavirusun yeni ştamı "Omikron"un sürətlə yayılması səbəbindən məktəblərin bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.

Elnur Əliyev son günlər məktəblərlə bağlı yayılan görüntülərə də aydınlıq gətirib.O bildirib ki , ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir. Yeni tədris ilinə qədər məktəblərdə şagird davranışı qaydalarını tənzimləyən yeni nümunəvi qaydalar hazırlanacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man