“Sabah” futbol klubuna məxsus avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, klub barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.
“Sabah” klubundan məsələ ilə bağlı Oxu.Az-a münasibət bilidrilib.
“Sözügedən yol hərəkət qayda pozuntusu barədə məsələ klub daxilndə araşdırılıb, müvafiq tədbir görüləcək”, - deyə qeyd olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man