Mask insanları Marsa köçürməyin neçəyə başa gələcəyini açıqlayıb - FOTO

Maraqlı 04 Fevral 2022 | 17:58
OXUNUB: 813

Hazırkı şərtlər altında Marsa insan göndərilməsi 1 trilyon dollara başa gələ bilər.

Bu barədə “SpaceX”in baş direktoru İlon Mask bildirib.

“Biz Marsı koloniyalaşdıra bilmərik, çünki bu, hələlik çox bahadır. Bu gün Marsa insan göndərmək hazırda 1 trilyon dollara (1,7 milyard manat) başa gələcək. Fakt budur ki, təkcə raket bəs etmir, insanlara tibbi avadanlıq, rabitə vasitələri lazımdır”, - deyə milyarder izah edib.

 

Mask həmçinin yeraltı hidroponik fermalardan istifadə edərək özünü təmin edən koloniya şəhərləri qurmaq istədiyini açıqlayıb. Milyarderin sözərinə görə, onlar günəş enerjisi ilə işləyəcəklər.

“Bu yolla şirkət məhsul yetişdirmək və insanları ərzaqla təmin etmək üçün bütün şəraiti təmin edə biləcək”, - deyə o, bildirib.

Qeyd edək ki, “SpaceX”in baş direktoru 5-10 il ərzində Marsa insan yollamağı planlaşdırır. Hazırda şirkət müstəmləkəçilərin və yüklərin başqa planetə daşınması xərclərini azaltmağın yollarını axtarır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man