Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən magistral yollarda piyada vurma hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Bu barədə Baş DYP İdarəsindən məlumat verilib. Yolu müəyyən olunmamış yerdən keçməyə cəhd edən, dəmir və beton arakəsmələrin üstündən keçərək yüksək sürətli yola çıxan, eyni zamanda yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən piyadaların maarifləndirilməsi məqsədilə onlarla söhbətlər aparılıb, bu kimi qayda pozuntularının ağır nəticələri izah olunub, həmçinin kobud şəkildə qayda pozanlar barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man