TƏBİB və İcbari Tibbi Sığorta ləğv olunsun - Deputatdan təklif

Gündəm 04 Fevral 2022 | 00:02
OXUNUB: 1470

"Çox təəssüf edirəm. Bu səhiyyə sisteminin çöküşüdür. Nə qədər insana kömək etməyə çalışıram və daha üzüm də yoxdur ki, xahiş edəm".

"Unikal" xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. Deputat TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ləğv olunmasını təklif edib:

"Niyə xahiş etməliyik? Onun üçün də növbəti dəfə tələb qoyacam və bütün xalqdan kömək istəyəcəm ki, ölkədə bir səhiyyə qurumu saxlayaq. Bu da Səhiyyə Nazirliyi olsun. TƏBİB isə ləğv edilməlidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün avtonom fəaliyyəti ləğv edilməli və Səhiyyə Nazirliyinin tabeçiliyinə verilməlidir. Bu barədə Milli Məclisdə məsələ qaldırmaqla yanaşı, həm də nail olmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycan vətəndaşları TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə cəhənnəm əzabı yaşayılar. Bu vəziyyət ölkə vətəndaşlarını narazı salıb. Hər bir ailə bundan narazıdır. Tədbir görülməsə fəsadları çox ağır olacaq"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man