Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.
Avtosfer.az-ın məlumatına görə, uzunluğu 47,1 km. olan dəmir yolu xəttində tikinti prosesinə 2020-ci ilin dekabrından başlanıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Natəvan Babayevanın sözlərinə görə, tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə yolun 20,8, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə yolun 26,3 km-ni əhatə edir.
Qurum rəsmisi əlavə edib ki, Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man