Avtosfer.az-ın gənc əməkdaşı Prezidentlə görüşdən danışdı - FOTO - VİDEO

Gündəm 03 Fevral 2022 | 15:32
OXUNUB: 468

Dünən Prezident İlham Əliyev “Gülüstan” sarayında Azərbaycan gəncləri gününün 25 illiyinə həsr olunmuş gənclər forumu çərçivəsində bir qrup gənclə görüşüb.

Həmin gənclər arasında Avtosfer.az-ın əməkdaşı Şəfa Nəsibova da iştirak edib. Şəfa görüşlə bağlı təəsüratlarını bölüşüb. “Artıq bir neçə ildir ki, gənclər sahəsində fəaliyyətim var. Müxtəlif dövrlərdə tədbirlərdə iştirak etmişəm. Amma bu mənim üçün ilk və çox əhəmiyyətli bir görüş oldu. Prezident İlham Əliyevi yaxından görmək, onunla birbaşa canlı ünsiyyətdə olmaq ilk növbədə qürurvericidir.”

Şəfa deyir ki, İlham Əliyevin səmimi çıxışı və diqqət etdiyi məsələlər çox önəmli idi. “Prezident hər bir cümləsində bizə birbaşa motivasiya verirdi. Məsələn, elə idmanla bağlı tövsiyəsi çox maraqlı idi.”

Eyni zamanda Qarabağla bağlı münasibət Şəfanın diqqətini çəkib. “Prezidentin Şuşa haqqında fikirləri məni çox duyğulandırdı. Mən əslən Şuşadanam. Amma orda doğulmasam da bir gün bu torpaqlara qayıdacağımıza əmin idim. Bu gün qürurla Şuşa deməyimizi ordumuza və müzəffər Ali Baş Komandanımıza borcluyuq.”

Qeyd edək ki, Şəfa Nəsibova gənc jurnalist olaraq bu Foruma qatılıb. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man