Ümummilli Lider Heydər Əliyev yadigarıGənclər günü – 25 il

Gündəm 02 Fevral 2022 | 19:30
OXUNUB: 209

Azərbaycanın gələcəyini gənclərin inkişafında görürdü Ulu Öndərimiz. Ona görə attığı bütün addımlar gələcəyə hesablanmış formada inkişaf edirdi. Hələ Sovet dövründə Azərbaycanın gələcəyini düşünən Ulu Öndərimiz Heydər Əliyev gənclərimizin yüksək təhsil almasına, hərbi sirrlərə yiyələnməsinə çalışırdı, sanki hər şeyi qabaqcadan görürmüş kimi müstəqil Azərbaycanın bu gənclərə ehtiyacı olacağını hiss edirdi. Artıq 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Gənclərlə bağlı saysız fərman və sərəncamlar müstəqil Azərbaycanı gələcəyə daşımaq üçün düşünülmüş siyasətin tərkib hissəsi idi.  Gəncləri bir mərkəzdən idarə etmək, onların sürətli inkişafına nail olmaq, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. 1995-ci ildə Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın ilk gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. Nəhayət 1996-cı il 2 fevralda Azərbaycan gənclərinin ilk forumu keçirildi və Ulu Öndərimiz Forumda şəxsən iştirak etdi. O dövrdə Gənclər Forumunun keçirilməsi mühüm hadisə, eləcə də yenicə müstəqillik qazanmış bir dövlət üçün müstəsna fəaliyyət idi. Bu Forum Ulu Öndərin gənclərə verdiyi önəmin bariz nümunəsi, dövlətin gənclər siyasətinin hərəkətverici qüvvəsi idi. Elə ilk Forumun xüsusi önəmini nəzərə alan Ulu Öndərimiz növbəti il fərman imzalayaraq 2 fevral tarixini Azərbaycanda “Gənclər Günü” elan etdi. Artıq 25 ildir ki, Ulu Öndər yadigarı olan bu tarix gənclərimizin özəl günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” - Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.


Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşıb. Cənab Prezident 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər), 2011-ci ildə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2015-ci ildə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”,  2017-ci ildə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını təsdiq etməklə gənclər siyasətinin inkişafına xüsusi diqqət ayırmışdır.  Proqramlarda gənclərin vətənpərvərlik tərbiyəsi, intellektual yaradıcılıq potensialı, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı və Beynəlxalq sahədə əməkdaşlığın yaxşılaşdırılması, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən  2007-ci il "Gənclər ili" elan etmişdi. Dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirib: "... Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti sahəsində ən böyük tövhələrindən biri də Gənclər Fondunun yaradılmasıdır. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi ilə yaradılmış, bu günə qədər saysız-hesabsız uğurlara imza atmışdır. Cənab Prezidentin yaradıcı və istedadlı gənclərə dövlət dəstəyinin verilməsi məqsədilə təsis etdiyi “Prezident müküfatı” isə gənclərin yaradıcılıq qabiliyyətinin yüksəldilməsi, fəaliyyətin stimullaşdıdılması sahəsində atdığı ən önəmli addım idi. 
Gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. 


    Bugün gənclər və gənclərin vətənpərvərlik hisslərindən danışarkən qürurla deyə bilərik ki: Bəli Azərbaycan gəncləri həqiqətən vətənpərvər gənclərdir. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda qorxmadan vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində 44 günlük zəfər yürüşündə əldə olunan  Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. 44 günlük Vətən müharibəsində döyüşən yüksək ixtisaslı hərbi kadrlarla bərabər könüllü olaraq minlərlə gənc döyüşlərə yollandı. Məhz cənab Prezidentin sərəncamı ilə elan olunmuş 2020-Könüllülər ilində könüllü gənclərimiz döyüşdən qorxmadı, öz qanları, canları bahasına tarixi torpaqlarımızı azad etdi. Bugün qalib xalqın qalib gəncləri müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşib və hər zaman hazırdır. Döyüşə də, yürüşə də.... Yaşasın müasir Azərbaycan gəncliyi. Yaşasın hər zaman gənclərə arxalanan müzəffər Ali Baş Komandan. 


 Əfqan Həsənov – Şirvan Gənclər Evinin direktoru

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man