Bu gün yerli vaxtla saat 05 radələrində Rusiyanın Vladivostok diyarında limanında lövbər salan soyuducu gəmidə yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.
“Soyuducu gəmidə yanğın barədə məlumat daxil olandan 3 dəqiqə sonra yanğınsöndürənlərin hadisə yerinə çatıb. Gəminin ikinci göyərtəsindəki camaşırxanada tüstü müşahidə olunub və gəmidə olan 18 dənizçi sahilə çıxa bilib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb”, - məlumatda bildirilib.
Yanğın, təxminən 10 kvadratmetr ərazini əhatə edib. Yanğın söndürülüb. Dəymiş ziyan və yanğının başvermə səbəbləri araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man