Ümumdünya Meteorologiya Təşkilatı Amerika qitəsində ildırım çaxmaları üzrə iki yeni dünya rekordu qeydə alıb.
Bu barədə qurumun saytında məlumat verilib.
Ən uzun məsafəli ildırım ABŞ-ın cənubunda 29 aprel 2020-ci ildə müşahidə edilib. İldırım 768 ± 8 kilometr məsafəni əhatə edib ki, bu da 2018-ci ilin oktyabrında Braziliyada qeydə alınan əvvəlki rekorddan 60 kilometr daha çoxdur.
Ən davamlı ildırım isə 18 iyun 2020-ci ildə Uruqvay və Argentinanın şimalı üzərində baş verən tufan zamanı çaxıb. Şimşək 17,1 saniyə davam edib. Bundan əvvəl 2019-cu ilin martında Argentinanın şimalında qeydə alınan ən uzunmüddətli ildırım 16,73 saniyə olub.
Yeni rekordların ən son peyk texnologiyasından istifadə etməklə qeydə alındığı bildirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man