Ərşad Hüseynov Laçına səfərindən və yollardan danışdı:"Şahidi oldum ki..." - VİDEO

Nəqliyyat TV 02 Fevral 2022 | 12:00
OXUNUB: 1291

Bu günlərdə əslən Laçından olan, 1-ci Qarabağ müharibəsi veteranı,  hüquqşünas Ərşad Hüseynov işğaldan azad edilmiş ərazilərə səfər edib. Səfər zamanı yol infrastrukturu, yeniliklərin şahidi olub. Avtosfer.az-ın studiyasının qonağı olan Ərşad müəllim şahidi olduğu məsələlərdən danışdı. Bildirdi ki, doğma yurdlara hər dəfə gedəndə əhəmiyyətli dəyişikliklərin şahidi olur. "Son səfərdə ən çox yadda qalan yol tikintisi, yollarımıza qulluq işləri oldu.
Yanvarın 20-də hər yerə qar yağacağı proqnozu verilmişdi. Səhər saat 8-dən Bəhrəmtəpədən başlayaraq yaxşı qar yağırdı. Laçının Ərdəşəvi kəndinə qədər qarla hərəkət etdik. Növbəti 3 gün Laçının xeyli kəndinə baş çəkdik və Kəlbəcər-Toğanalı yolu ilə geri döndük. Hər ehtimala təkər zənciri, yolda istifadə üçün (qar təmizləmək və ya buzlu yerlərə qum atmaq üçün) bel də götürmüşdüm. Amma heç birinə ehtiyac olmadı." Ərşad müəllim deyir ki, ötən ilin aprelindən başlayaraq Laçın və Kəlbəcərdə yol tikintisi və mövcud yolların bərpası işləri gedir. "9 ay ərzində Laçının ərazisində bütün istiqamətlərdə yollar genişləndirilib, xeyli istiqamətlərdə yeni yollar salınıb. Yeni yollardan ən əhəmiyyətlisi Minkənd-İstisu-Kəlbəcər yolu, Qaragölə və başqa sərhəd postlarına gedən yollar, çəkilişi hələ davam edən Ərikli-Şamkənd yolu və başqalarıdır. Vaxtilə mövcud olan yollar isə genişləndirilib, asfalta qədər bütün işlər görülüb, yola narın çınqıl səpilərək bərkidilib. Hətta şaxtada, qarda-buzda hərəkət vaxtı təhlükəsizlik tədbirləri də nəzərə alınıb. Uçurum olan yerlərdə avtomobilin yoldan çıxmaması üçün hələlik sadə üsulla maneələr yaradılıb. Ən başlıcası isə yollara daim qulluq edilir, qar qalaqları təmizlənir, çalalar düzəldilir. Ona görə də yerdə qar olsa da, çox rahat hərəkət mümkündür." 
Hüquqşünas deyir ki, Laçında yol işlərini Ordumuzun mühəndis bölmələrinin də iştirakı ilə AAYDA-nın cəlb etdiyi müxtəlif təşkilatlar icra edir. "Çox sağ olsunlar ki, Laçında tarix boyu heç vaxt olmayan yollar var artıq."

Hüquqşünas onu da əlavə etdi ki, Laçın və Kəlbəcərdə yol infrasturukturunun belə yaxşılaşdırılması müzəffər ordumuzun həmin ərazilərdəki bölmələrinin nəqliyyat və loqistika ehtiyaclarının yüksək səviyyədə ödənməsinə və yol-hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət edir. "Birinci Qarabağ m"üharibəsi zamanı və 44 günlük Vətən müharibəsindən sonra Laçın və Kəlbəcərdə ordumuza məxsus nəqliyyat vasitələrinin iştirakı ilə yol qəzaları baş vermişdi. Nəticədə təəssüflər olsun ki, hərbi qulluqçularımız şəhid olmuşdu. Belə gözəl yol infrastrukturu həmin faciəli hadisələrin də istisna edilməsi deməkdir."


Ətraflı videosujetdə:

Orxan Əli

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man