Uşaq oğrularını hansı cəzalar gözləyir?

11 Yanvar 2022 | 14:08
OXUNUB: 955
Son günlər uşaq oğurluqları ilə bağlı xəbərlərin sayında artım müşahidə olunur. Təəssüf ki, ölkədə azyaşlıları oğurlayaraq öz məqsədləri üçün istifadə edənlər kifayət qədərdir. Elə ötən gün Bakıda 2 yaşlı uşağın oğurlanması buna nümunədir.

Maraqlıdır, Azərbaycanda uşaq oğurluğuna görə qanunda hansı cəzalar nəzərdə tutulub? Həmin şəxslər aşkar edildikdə aqibətləri necə olur?

Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Sfera.az-a açıqlamasında deyib ki, uşaqlara qarşı törədilən bu cür əməllər adam oğurluğu cinayəti hesab edilir və qanunvericiliklə bununla bağlı sərt sanksiyalar var. Müsahibimizin sözlərinə görə, bu cür əməllərin yetkinlik yaşına çatmayan şəxslər barəsində törədilməsi cəzanı ağırlaşdıran hallardan biridir:

"Cinayət Məcəlləsinə əsəsasən, adam oğurluğu beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə, on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

T.Abdullazadə qeyd edib ki, adətən uşaqlar tamah məqsədilə - dilənçilik, cinsi istismar, uşaq pornoqrafiyası, məcburi əmək, orqanların imlpantasiyası və digər bu kimi məqsədlər üçün oğurlanır:

"Bu halda cinayət əməli törədələnlər cinayətlərin məcmusu qaydasında digər cinayətlərə görə də - məsələn, insan alveri, məcburi əmək və sair - cinayətlərə görə də cəzalandırılır".

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man