Tovuzda yük maşını ilə minik avtomobili toqquşub. Hadisə ötən gün Tovuz-Qovlar avtomobil yolunda qeydə alınıb.
İsmət Məmmədovun idarə etdiyi yük avtomobili ilə Vüqar Sadıqovun idarə etdiyi minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü aldığı xəsarətlərdən Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Abşeron rayonunda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Saray qəsəbəsində qeydə alınıb. Ərazidə yolu keçmək istəyən piyada Bibixanım Babayevanı avtomobil vurub. 61 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man