Dünən Bakının Binəqədi rayonunda zəncirvari qəza baş verib. Avtosfer.az xəbər verir ki, 90-TT-597 dövlət nömrə nişanlı, “Jeep” markalı avtomobilin “BMW”, “Hyundai”, “Toyota” və “Mercedes”in toqquşması ilə zəncirvari qəza qeydə alınıb. İlkin məlumatlara görə, qəza nəticəsində ölən olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib.
Qəzanı "Jeep"in 17 yaşlı sürücüsü törətsə də, atasının qəzanı öz üzərinə götürdüyü bildirilir.
DİN-dən rəsmi açıqlama gəlməyib.
Leyla
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man