Xırdalanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin binası yaxınlığında qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçən 55-60 yaşlarında olan kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Əraziyə polis əməkdaşları cəlb olunub, meyit aidiyyəti üzrə təhvil verilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man