Bakıda qadının ərini öldürməsinin təfərrüatı: Hadisə uşaqların gözləri önündə baş verib - FOTO

Gündəm 31 Yanvar 2022 | 16:28
OXUNUB: 488

Ötən gün Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində 1991-ci il təvəllüdlü Gülnar Vəlizadənin həyat yoldaşı, 1990-cı ildə anadan olmuş Elşən Hadızadəni bıçaqlayaraq qətlə yetirməsinin təfərrüatı yayılıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, dəhşətli qətl ailə münaqişəsi zəminində baş verib.

Belə ki, bir neçə il əvvəl ailə həyatı quran və 2 övlad sahibi olan cütlük xeyli vaxt imiş ki, evdə münaqişə edirlərmiş. Ailədaxili problemlər o həddə çatıb ki, azyaşlı uşaqlara qarşı da şiddət göstərilib. Ötən gün isə G.Vəlizadə evdə baş vermiş növbəti münaqişə zamanı bıçaqla həyat yoldaşının döş qəfəsinə ağır xəsarət yetirib. Ürəyi zədələnən Elşən xəstəxanaya çatdırılsa da, orada keçinib.

Bildirilir ki, hadisə uşaqların gözü qarşısında baş verib. 

O da məlum olub ki, həyat yoldaşını qətlə yetirən Gülnar son vaxtlar depressiv vəziyyətdə olub və mütəmadi olaraq qəmli statuslar paylaşırmış. O, sonuncu statusunu isə qəbiristanlığa gedərək anasının məzarı üstündə şəkil çəkdirərək edib. 

Həmin paylaşımı, həmçinin qətlə yetirilən Elşən Hadızadənin fotosunu təqdim edirik:

 

Publika.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man