DYP və BNA parklanma ilə bağlı reyd keçirdi, yarım saat sonra biabırçı mənzərə yarandı - FOTO - VİDEO

İctimai nəqliyyat 31 Yanvar 2022 | 13:42
OXUNUB: 1930

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi şəhərin müxtəlif konfliktli küçə və prospektlərdə maarifləndirici tədbirlərə start verib. Avtosfer.az xəbər verir ki,  əsas məqsəd dayanma-durma qaydalarına riayət olunması,  sürücülərin bu istiqamətdə maarifləndirilməsi, avtobus dayanacaqlarının zəbt edilməsinin qarşısının alınması, o cümlədən səkilər və ikinci cərgədə parklanmanın olmamasına şərait yaradılması olub. 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,  polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, əsas istiqamət parklanma qaydalarının təbliği, avtobus zolaqlarına sürücülərin girməməsi,  yolda təhlükəsizliyinin təmin olunmasıdır. "Düşünürəm ki, bu gün cərimə tətbiq etmədən keçirilən tədbirlər maarifləndirmə işlərinin səmərəli təşkili istiqamətində mühüm addımdır."
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev Avtosfer.az-a bildirib ki, paytaxtda parklanma ilə məsələlər daim diqqətdə saxlanılır. "Bu sürücülərin və ictimai nəqliyyatın rahat hərəkəti üçün mühüm addımdır. Hesab edirik ki, inzibati cərimə ilə yanaşı insanlarla maarifləndirmə işinin aparılması çox vacibdir."
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi sürücüləri üçün xüsusi dayanacaqlar yaradılmalı, rayonlara işləyən sürücülər isə Avtovağzaldan hərəkət etməlidir. "Əks halda bu problemlər yenə qalacaq."

Qeyd edək ki, DYP və BNA tərəfindən keçirilən tədbirlər nəticəsində 20 Yanvar və Şamaxinka ərazisi tam təmizlənmişdi. Lakin yarım saat sonra yenidən xaotik vəziyyət yarandı.

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man