Fevralın ilk gününün hava proqnozu

Gündəm 31 Yanvar 2022 | 13:59
OXUNUB: 649

Fevralın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununda 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 2-7° isti olacaq.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man