Bakıda yeni fırıldaq üsulu: Avtomobili avtobusa vurub pul tələb edirlər – VİDEO

Nəqliyyat TV 31 Yanvar 2022 | 12:28
OXUNUB: 2032

Bakıda avtomobillə avtobusu vuran şəxs hadisənin özünün törətməsinə baxmayaraq pul tələb etməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu gün Binəqədi rayonu Mir Cəlal küçəsində “Opel” markalı 99 OV 862 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü svetaforda maşını arxaya hərəkət etdirərək geridə dayanmış avtobusu vurub. Daha sonra sükan arxasından düşən şəxs pul istəyə, avtomobilinin düzətdirilməsini tələb etməyə başlayıb. Həmin şəxsə hadisənin özü tərəfindən törədilməsi bildirilsə də, o iddialarından əl çəkməyib və maşını yolun hərəkət hissəsindən çəkməyərək süni şəkildə tıxac yaradıb və minlərlə avtomobilin istifadə etdiyi yolda hərəkəti iflic edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib və hadisəni törətmiş şəxsin əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı şikayət təqdim edilib.

Publika.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man