Ucarda nəvə babasının maşını ilə qəza törətdi: xəsarət alanlar var

Yol qəzaları 30 Yanvar 2022 | 00:15
OXUNUB: 741

Ucarda nəvə babasının maşını ilə ağır yol-nəqliyyat hadisəsi törədib.

Hadisə bu gün axşamüstü Ucarın Heydər Əliyev prospektində baş verib. Belə ki, Ucar rayon sakini, 20 yaşlı Mirabdulla Rüstəmovun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili ilə rayonun Alpout kənd sakini, 2002-ci il təvəllüdlü Kənan Zeynalovun idarə etdiyi "Opel" markalı avtomaşın toqquşub.

Qəza zamanı idarəetmədən çıxan avtomobillər yol kənarında olan 2 piyadanı da vurub. Nəticədə sürücülər – Mirabdulla Rüstəmov, Kənan Zeynalov, avtomobildə olan 2 sərnişin və 2 piyada ağır bədən xəsarətləri alıblar. Yaralılar - 23 yaşlı Məqsəd Bəxtiyar oğlu Əsgərov, 17 yaşlı Kənan Asif oğlu Abuzərov, 21 yaşlı İbrahim İlqar oğlu İbrahimov, 21 yaşlı Ramil Baba oğlu Abdurəhmanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Vəziyyəti daha ağır olan Ramil Abdurəhmanov Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Mirabdulla Rüstəmovun babası Baba Atayevin sözlərinə görə, ona məxsus "VAZ-21099" markalı minik maşınını nəvəsi onun xəbəri olmadan qaçırıb.

Faktla bağlı araşdırma aparılır.///publika

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man