Səbail rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları ictimai nəqliyyatda xidmətin keyfiyyətin artırılması, sürücülərə nəzarət və onlarla profilaktiki söhbətlərin aparılması məqsədilə tədbirlər keçirib.
Tədbir zamanı 56 nömrəli marşurut üzrə hərəkət edən iki sürücünün sürücülük sənədləri və hüququ olmadan mikroavtobus idarə edərək sərnişin daşıdıqları məlum olub. Belə ki, 18-BG-681 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobusu idarə edən Mirzəyev Ramiq Xanbala oğlu yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Bu zaman məlum oldub ki, sürücünün sürücülük vəsiqəsi yoxdur və aid olduğu kateqoriyaya sərnişin daşınması üçün uyğun deyil.Yol polisi əməkdaşı ilə söhbət zamanı sürücü başqa şəxsin adını verərək məsuliyyətdən yayınmağa çalışsa da, araşdırma zamanı həmən şəxsin əməlləri ortaya çıxıb. Məlum olub ki, bu şəxs mikroavtobus sürmək hüququna malik deyil eyni zamanda onun sürücülük hüququ bir neçə ay öncə məhdudlaşdırılıb.
Toplanmış materiallar Səbail rayon məhkəməsinə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 332.5- ci maddəsi ilə təqsirli bilinən sürücü Mirzəyev Ramiq Xanbaba oğlu 15 gün müddətində inzibati qayda da, həbs edilib.
Səbail rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, 58-BC-403 nömrəli "Mercedes" markalı mikroavtobusun sürücüsü Gürcüstan vətəndaşı Hüseyinov Asker Faiq oğlu da sürücülük vəsiqəsi və digər müvafiq sənədlər olmadan sərnişindaşıma ilə məşğul olaraq qayda pozuntusu yaradıb.
Eyni zamanda sürücü yol polisləri ilə mübahisə dıə edərək tabesizlik nümayiş etdirib.
Bu sürücü barəsində də toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs olunub.
Həmin avtomobillərin sahibi Müşfiq Məmmədov isə heç bir sənədi olmadan bu şəxslərə avtomobili idarə etməyə icazə verib. Bu məsələni nəzərə alaraq Dövlət Yol Polisi şöbəsində İnzibati Xətalar Məcəlləsinin 335.5-ci maddəsinə əsasən yəni sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin sərnişin daşımaya təqdim etdiyinə görə həmin şəxs barəsində araşdırma aparılıb və 500 manat məbləğində cərimə edilib.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man