"Rusiyanın məqsədi Özbəkistan və Türkmənistanla sərhəddə bazalar yerləşdirməkdir" - Rəsul Quliyev

08 Yanvar 2022 | 12:29
OXUNUB: 1309
"Qazaxıstana yeridilən hərbi qüvvələr sülhməramlı deyil, prezidenti qorumaq üçündür. O cümlədən, onların məqsədi ölkəni faktiki işğal edib bazalarını Özbəkistan və Türkmənistanla sərhəddə yerləşdirməkdir”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib. O xatırladıb ki, 1990-cı ildən 10 il müddətində Nazarbayev ondan öncə ölkənin başçısı olmuş Kunayevin siyasətini davam etdirdi və bir çox yaxşı nəticələrə nail oldu:

"Sonra işdən istefa verib gedəndə yerinə nökər xislətli Tokayevi gətirdi. Ancaq yeni postlar yaradıb özünü sədr elan etdi - ölkənin real rəhbəri Nazarbayev idi, Tokayev yox. Ölkədə iki hakimiyyət mövcud idi, bir çoxları Tokayevə tabe olmurdu, onu adam yerinə qoymurdular. Xaraktercə zəif olan Tokayev "təki postuma dəyməsinlər, nə istəyirlər etsinlər” pozisiyası tutdu. Bu da axırı. Bu insan camaatın içinə çıxmır, rayonlara getmir, insanlarla söhbət etmir. Xalq bu adamı televiziya çıxışlarından, həmçinin rus dili ilə danışmasından tanıyır. Nəticədə Nazarbayev və ailəsi Qazaxıstandan qaçdı. Tokayevi isə əvəl-axır ələ keçirib asacaqlar”.

R.Quliyev hadisələrin növbəti gedişatından da söz açıb. O bildirib ki, Qazaxıstanda etiraz çıxışları rusların köməyi ilə dayandırılacaq:

"Ancaq bu müvəqqəti olacaq. Rusiya qoşunlarını oradan çıxarmayacaq, əksinə ölkədə hərbi bazalar yaratmağa cəhd edəcək. Proseslər Rusiyanın zəifləməsi istiqamətində gedəcək. Qazaxıstanın böyük dostu Çinin də rolu gözlənilir”.

Türkan 
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man