Motor House-da multibrend minik avtomobillərinə, yüngül ticari avtomobillərə, həmçinin elektrik avtomobillərinə təmir xidməti və motosikletlərin təmiri xidməti nəzərdə tutulub.
Avtoservis bölümü ən son avadanlıqlarla təmin olunub. İnfrastrukturdan əlavə, həmçinin xidmət heyəti beynəlxalq sertifikasiyalaşmış mütəxəssislərdir. Burada çalışan hər bir üzv usta köməkçisindən tutmuş, mühəndislərə qədər çalışdıqları sahələr üzrə təlimlərdə iştirak etmiş, beynəlxalq sertifikasiyadan keçmişlər. Bu proseslər həm nəzəri həm də praktiki təlimlərdir. Müasir cihazlarda çalışmaq, texnika və müasir metodların dərindən mənimsənilməsi əsas prioritetlərdir.
Multi brend avtomobillərə xidmət göstərəcək bu mərkəzin əsas layihəsi Alman-türk mühəndislərinin birgə əməyi əsasında ərsəyə gəlmişdir. Layihənin hər bir detalında məhz Alman-türk təcrübəsi və standartları əsas götürülmüşdür.
Servisdə nümayiş olunan və istifadə olunacaq avadanlıqlar son texnologiyaların nümunələridir.
Motor House brendinin fəaliyyətə başlamasının əsas məqsədi Azərbaycan avtomobil texniki xidmət sahəsində bütün ölkə üzrə standartları tətbiq etmək, respublikanın bir çox şəhərlərində və ölkədən kənarda bu sahədə ilk dəfə frençayzinq sistemini quraraq Motor House bayrağı altında fəaliyyət göstərən xidmət sahələrinin, təmir sexlərinin sayını artırmaq və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə nail olmaqdır.
Avtomobil servis mərkəzinin günlük təmir gücü ≈ 200-250 avtomobil təşkil edir
Mühafizə olunan 200 avtomobillik geniş parkinq ərazisi vardır.
Motor House-da göstərilən xidmətlərə dövri təmir xidmətləri, diaqnostika, elektrik işləri, mühərrik işləri, kosmetik işlər, dəmirçi və boyama işləri , sürətlər qutusu üzrə işlər və digər aidiyyatı işlər aiddir.
Keyfiyyət brendi olaraq sürücülərin yollarda qəza vəziyyətindən qalmalarının aradan qaldırılması məqsədilə yeni bir məhsul bazara daxil olur- Mobil avto təmir xidməti - Avto Ambulans
Avto Ambulans yerində təmir xidməti göstərən Azərbaycanda bir ilkdir. Mobil avto təmir xidməti olaraq, dövri təmir xidməti, elektrik işləri, mexanika işləri nəzərdə tutulub. 24 saat xidmət göstərən Avto Ambulans avtomobilin ani nasazlığının servisə gəlmədən aradan qaldırılması üçün fəaliyyət göstərir.
Təbii ki, bütün bunlar əsas ideyası “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramında” öz əksini tapmışdır.
Dövlət proqramında da qeyd olunduğu kimi, nəqliyyat vasitələrinin keyfiyyətli təmiri, avtomobillərə vaxtlı-vaxtında qulluq edilməsi və düzgün istismar olunması, ehtiyat hissələrinin keyfiyyəti və avtomobillərə xidmət göstərən personalın bilik səviyyəsinin yüksək olması son nöqtədə nəqliyyat vasitələrinin təhlükəsizliyinə və yollarda təhlükəsiz hərəkəti təmin edir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man