Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb.
Belə ki, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə zəng edərək RİH-nin qarşısına bomba qoyulduğunu bildirib.
Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü M.N. (Ad, soyadı şərti) olduğu məlum olub.
Daha sonra həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, M.N. ruhi xəstədir. O, psixiatriya xəstəxanasına yerləşdirilib.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man