"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu görüntülərdən məlumatlıyıq”.
Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ərazi üzrə Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır:
"Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.